Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Arif Nuriyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən A.Nuriyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Nuriyev vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. O, zərəçəkmişlərin şikayəti əsasında polis əməkdaşları tərfindən saxlanılıb.

A.Nuriyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olub.