Narkotiklərlə mübarizə sahəsində daha bir uğurlu əməliyyat keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası müəssəsinin ərazisində narkotik tərkibli bitkilər becərən 6 nəfər saxlanılıb.

Unikal.org Kepeztv-yə istinadən xəbər verir ki, Zaqatala RPŞ tərəfindən Ekologiya və Təbii Sərvətlər nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası müəssəsinə aid meşə zolağında əməliyyat-axtarış tədbirləri keçirilib. Meşə zolağının üç ayrı-ayrı yerində  narkotik tərkibli bitki hesab edilən çətənə kollarının əkilməsi aşkarlanıb.  Ərazidən ümumi çəkisi 56 kq 455 qram narkotik tərkibli bitkilər yığan Zaqatala rayon sakinləri - Şakir Məmməd oğlu Mirzəyev, İlham İsa oğlu Aslanov və Oqtay Xəlil oğlu Lebeyev elə hadisə yerində saxlanılıblar. Saxlanılan şəxslərdən Elçin Mikayılovun yaşadığı evdə axtarış aparılıb.

Faktla bağlı Zaqatala RPŞ-də saxlanılan şəxslər barəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb və barələrində Zaqatala rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.