Bakıda "DAQESTAN" brendi ilə marketlər şəbəkəsi açılacaq.


Unikal.org Trend-ə iatinadən xəbər verir ki, Dağıstanın Azərbaycandakı nümayəndəliyindən  verilən məlumata görə, marketdə Dağıstan və digər Rusiya istehsalı olan məhsullar satılacaq.

"Daqestan" ticarət evi Dağıstan prezidenti Ramazan Abdulatipovun tapşırığı ilə açılır.

Marketlər şəbəkəsi Bakının rayonları və Azərbaycanın regionlarında genişlənməyi nəzərdə tutur.

Qiymətlərə gəlincə, məhsulların satışı Rusiyadakı qiymətlə həyata keçiriləcək.

Marketlərdə Azərbaycan vətəndaşları çalışacaq. İlk market sentyabrın 9-da Atatürk prospekti, 31 ünvanında açılacaq.