Park Bulvarda FETÖ-nün çevriliş cəhdinə həsr edilmiş foto sərgi açılıb
Unikal.org bildirir ki, Bakıda Park Bulvar alış-veriş mərkəzində 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsini əks etdirən fotolardan ibarət sərgi təşkil olunub.
Anadolu Agentliyinin fotoqraflarının çəkdiyi fotolardan ibarət "15 İyul Milli İradənin Yüksəlişi adlı sərgidə 15 İyul gecəsi Türkiyədə yaşanan hadisələr, Türk xalqının FETÖ üzvlərinə qarşı müqaviməti, bombalanan dövlət binaları və FETÖ-ya etiraz mitinqləri əks olunub.
Sərgiyə gələnlər Anadolu Agentliyinin hazırladığı "Dəqiqə Dəqiə FETÖ-nün Çevriliş Cəhdi kitabını pulsuz əldə edə bilər. Sərgi 13 Sentyabr tarixinə qədər davam edəcək.