İraqda baş vermiş iki partlayışda 2 nəfər ölüb, 13 nəfər yaralanıb.
Unikal.org "Report"a istinadən cəbər verir ki, bu barədə "Sinxua" agentliyi polisdəki mənbəyə istinadən xəbər yayıb.
Məlumata görə, bombalardan biri Bağdadın şimal-şərqindəki bazarda partlayıb. Partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Səkkiz nəfərin xəsarət aldığı ikinci partlayış isə parkda qeydə alınıb.
Hələlik partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.