Məşhur türk aktyor Tarık Akanın ölüm səbəbi açıqlandı. 

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktyorun yaxın dostu  Müjdat Gezen, Akanın ölüm səbəbini kimi ağciyər xərçəngi deyil, qaraciyər xərçəngi olduğunu söylədi. 

"Xərçəng təəssüf ki, qaraciyərə sıçramışdı. Gündə 4 paçka siqaret çəkirdi. Xəstəliyinə güc gələ bilməməsinə səbəb tək bu idi".
 
O, aktyoru sevənlərə də başsağlığı  ünvanlayıb: "Hamımızın başı sağ olsun. 3 gün əvvəl həyat yoldaşı Acun Günay ilə danışdım. Yaxşı olduğunu söylədi. Həkimlərlə danışdım, 'boşuna gəlməyin' dedilər, yanına almırlar onsuz da. Tarık bizim yalnız həmkarım deyil, dost olaraq, yoldaş olaraq çox başqa bir insan idi".