Gəncədə bədbəxt hadisə baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, şəhərin "Vtoroy çast" deyilən ərazisində divar uçub, 18-20 yaşlarında iki qız dağıntıların altında qalıb.
Qızlardan biri Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda ölüb, digəri isə müxtəlif bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Dağıntılar altında qalaraq ölən şəxs 2002-ci il təvəllüdlü İsmayılova Sona Osman qızı, xəsarət alan isə onun bacısı, 2001-ci il təvəllüdlü İsmayılova Mehparə Osman qızıdır.
Evin divarının hansı səbəbdən uçduğu hələlik məlum deyil.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.