Çində tüğyan edən "Meranti qasırğası 28 nəfərin ölümünə səbəb olub.
Unikal.org-un ria novosti-yə istinadən verdiyi xəbərə görə, ümumilikdə təbii fəlakət zamanı 3,29 mln. nəfər zərər çəkib.
Qeyd edək ki, Çində bu arada rəsmi qurumlar ölkəyə daha bir qasırğanın yaxınlaşdığını bildirib. Ölkədə "Malakas tayfunun yaxınlaşması ilə bağlı iki əyalətdə və Tayvan adasında xəbərdarlıq elan edilib.