Zaqatalada iki uşaq anası dərmandan zəhərlənib.

Unikal.org bildirir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 17-i axşam saat 18:30 radələrində rayonun Muğanlı kənd sakini, iki uşaq anası olan, 1990-cı il təvəllüdlü Cəmilə Sabir qızı Musayevə zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı Cəmilə Musayeva əsəbiləşdiyi üçün müxtəlif adlarda 21 dərman həbi içdiyini bildirib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Cəmilə Musayevanın vəziyyəti həkim müdaxiləsindən sonra stabilləşib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.