Tovuzda ölüm fakt qeydə alınıb.
Unikal.org-un məlumatına görə, rayonun Əyyublu kənd sakini, 1992-ci il təvəllüdlü Aytən İsmayılova Tovuz Rayon Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Müayinə zamanı onun öldüyü məlum olub. Yaxınları A. İsmayılovanın telefonla danışdığı yerdə dünyasını dəyişdiyini bildiriblər. Məlumata görə, Aytən İsmayılova iki övlad anası, 3-cü övlada isə 6 aylıq hamilə olub.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.