Samux rayonunda vətəndaşa məxsus pambıq emalı sexinin ərazisində ümumi çəkisi 2 ton olan pambıq tayasının 300 kq-ı yanıb.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, tayanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 16:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.