Sentyabrın 2-də şimal bölgəsinə yağan güclü yağış nəticəsində sıradan çıxan Quba-Xınalıq yolunda problem aradan qaldırılıb.

Unikal.org-un şimal bürosunun verdiyi məlumata görə, yolun 36-37-ci km-də selin dağıtdığı yolda avtomobillərin hərəkəti bərpa olunub. Yolun 57-ci km-nə qədər olan hissəsində problemlər aradan qaldırılıb. Güclü sel səbəbindən qəzalı vəziyyətə düşən Quba-Xınalıq yolunun 29-cu və 36-cı km-də yerləşən körpülər də təmir edilib.

Qeyd edək ki, sentyabrın 2-də gecə saatlarında şimal bölgəsinə yağan güclü yağış nəticəsində Quba-Xınalıq yolunun bağlanması səbəbindən 7 kəndlə əlaqə kəsilib.