Bakıda Rusiya vətəndaşına qarşı dələduzluq edilib.

Unikal.org-un report-a istinadən  xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Rusiya Federasiyasının (RF) vətəndaşı 43 yaşlı Mahirə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edərək 2011-ci ildə RF-nin Tomsk şəhərində anadan olmuş Rövşən adlı şəxsin onun etibarından sui-istifadə edərək 51 min ABŞ dollar pulunu aldığını bildirib.