Rejissor Ələkbər Kazımovski dünyasını dəyişibHadisə Bakının 1-ci mikrorayonundakı "Dalğa restoranında baş verib.

Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, restoranda aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbiri keçirilməliymiş. Ələkbər Kazımovski də məclisin başlamasına bir qədər qalmış restorana gəlib.

Əməkdar artist Kübra Əliyeva hadisə yerində jurnalistlərə bildirib ki, ölüm anında rejissorun yanında olub:"Heç məclis başlamamışdı. Ələkbər gəldi Nahidə xanımla görüşdü, keçdi Məhərrəmin (rejissor Məhəmməd Bədirzadə) yanına. Mən ayağa qalxdım ki, iki rejissoru qucaqlayım. Bir də gördüm Ələkbərin başı düşdü Məhərrəmin çiyninə.

Ələkbır Kazımovski huşsuz vəziyyətdə restoranın foyesinə çıxarılıb. Həkim briqadası çağırılsa da, tanınmış rejissoru həyata qaytarmaq mümkün olmayıb. Ailəsinə məlumatı aktrisa Kübra Əliyeva verib:"Xəbəri çəkinmədən verdim. Ona ilk sualım bu oldu ki, Ələkbərin ürəkgetməsi varmı. Dedi "yox. Həkimlər heç bir diaqnoz qoymadılar. Amma artıq öldüyünü dedilər. Xanımı inanmadı. Bir qohumlarının tövsiyyəsi ilə bəzi prosedurları etdilər. Amma artıq gec idi.

Rejissorun meyiti ailəsinə təhvil verildikdən sonra məclis başlayıb və adi axarında davam edib.

Qeyd edək ki, Ə. Kazımovski "Tənha durna uçuşu, "Sonuncu məhəbbət, "Şirin bülbül vəs filmlərin müəllifi idi. O, uzun illər AzTV-də və ANS telekanalında çalışıb.

Ə. Kazımovski bəstəkar Rauf Kazımovskinin oğludur.