Türkiyədə şortik geyinən qıza hücumdan sonra bu dəfə qulaqcıqla yüksək səslə musiqi dinləyən qıza 50 yaşlı kişi hücum edib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa da Uludağ Universitetində təhsil alan qız, bu gün səhər saat 9 radələrində metro stansiyasıyla dərsə gedərkən bu hücumla qarşılaşıb. D.K. adlı 20 yaşındakı gənc qız, 50 yaşlarındakı bir sərnişin tərəfindən təhdid edilib.
Metroya minən D.K., 50 yaşlarında bir adamın, 20 yaşlarında tələbə qıza qulaqcıqla yüksək səsli musiqi dinlədiyi üçün dilə gətirilməyən söyüşlərlə təhdid edib.
Bu zaman tələbə qızı müdafiə edən başqa bir sərnişin hadisəyə müdaxilə edərkən 50 yaşlı kişinin bu cavabını görüb:
"İstanbulda şortik geyinən qızın başına gələnləri bilirsiz. Elə etməyin ki, bu qız da o günə salınsın. Kəs səsini deyərək fikrini tamamlayıb və hadisə yerindən uzaqlaşıb".