Bu gün səhər saatlarında 202 saylı marşrutda bədbəxt hadisə baş verib.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, avtobusda olan basabasa görə qapının ağzında dayanan gənc yıxılaraq zədə alıb. Dərhal hadisə yerinə iki təcili tibbi yardım maşını gəlib. Sərnişinlər avtobusdan boşaldılıblar.
Qeyd edək ki, 202 saylı marşrut Biləcəri qəsəbəsindən "Nərimanov" metro stansiyasına qədər hərəkət edir. Qəsəbə sakinləri hər gün səhər və axşam saatlarında avtobusun qapılarının açıq şəkildə getdiyini bildirirlər. Buna görə də sakinlər marşrut xəttinin sayının artırılmasını tələb edirlər.
Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin "qaynar xətt"inə zəng etsələr də, onlara cavab verilmədiyini bildirirlər.