Nyu-Yorkda Linkoln tunelində iki tranzit avtobusu toqquşub.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 44 nəfər xəsarət alıb.

Nyu-Yorkun yanğından mühafizə xidmətinin məlumatına görə, xəsarət alanların həyati təhlükəsi yoxdur.

İnsidentlə bağlı araşdırma aparılır.