Bakıda evlərdən oğurluq edən 2 nəfər tutulub.

Daxili İşlər Nazirliyindən Unikal.org -a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Nəsimi RPİ və Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-dən 10-dək olan müddətdə paytaxt ərazisində 5 nəfərə məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri - Mingəçevir şəhər sakini Novruz Bədəlov və Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Rəhimov tutulub.

Araşdırma aparılır.