İstanbulda Kozyatağı Metro Stansiyasında bir qadın, dayanacağa yaxınlaşan qatarın qarşısına özünü anidən atıb.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə anı təhlükəsizlik kameralarına saniyəbəsaniyə əks olunub. Xilasetmə qrupları qadını qatarın altından çıxarıblar.
Hadisə yerinə çox sayda polis gəlib. Aparılan araşdırmadan sonra məlum olub ki, özünü qatarın altına atan xanımın adı Nihayet Kalkan olub. Onun hansı səbəbdən intihar etməsini isə polisin apardığı araşdırmadan sonra bilinəcək.