Vergilər Nazirliyi bu ilin 9 ayı ərzində proqnoz tapşırığa tam olaraq əməl edib.
Bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
Onun sözlərinə görə, yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 926 milyon manat vəsait daxil olub: "Burada daxilolmaların böyük əksəriyyəti qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektoru üzrə proqnoz tapşırıqdan 64 mln. manatdan çox vəsait toplanıb. Ümumiyyətlə, bu ilin 9 ayı üzrə qeyri-neft sektorundan daxilolmalar ötən ilin müvafiq dövründəkindən 365 mln. manat çoxdur".