Vergilər nazirinin müavini İlkin Vəliyev bank sektorundan daxilolmalarla bağlı açıqlama verib.
Unikal.org-un məlumatına görə, İ.Vəliyev bildirib ki, son vaxtlar ölkədə bağlanan banklar vergi daxilolmalarına təsir edib:" Qanunvericiliyə uyğun olaraq bağlanan banklarda ləğvetmə komissiyaları fəaliyyət göstərir. Onların vergi öhdəlikləri də mövcuddur.Ləğvetmə komissiyaları onların vergi öhdəliklərini də yerinə yetirir. Ümumi olaraq keçən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan 110 milyon manat vergi daxilolmalarında azalma mövcuddur".