Hollivud aktyoru Ben Stiller həkimlərin iki il əvvəl ona ağır prostat xərçəngi diaqnozu qoyduğunu deyib.
Unikal.org xəbər verir ki, bu barədə "Hollywood reporter" məlumat yayıb. Ben "Bu aydın gündə yağan dolu kimi idi. Mən qorxurdum. Bütün həyatım dayanmışdı və heç bir plan qura bildmirdim" deyə bildirib.
Stiller aktyor dostu Robert de Nironun ona çox kömək olduğunu söyləyib. O, de Nironu müalicə edən həkimə müraciət edib. Aktyor əməliyyatın uğurlu olduğunu vurğulayıb.