Erməni hərbi birləşmələri işğal altındakı Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb.

Unikal.org apa-ya istinadən məlumatına görə, təlimlərAğdamvəAğdərərayonlarının işğal altında olan ərazilərində keçirilir.

Təlimlərdə ağır artilleriyadan istifadə olunur. Top və minaatanlardan açılan atəş səsləriAğdamın və ətraf rayonların cəbhəyanı ətraf kəndlərində eşidilir.