Bu gün qlobal bazarların gözü-qulağı ABŞ-da olacaq.
Unikal.org "Marjaya istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da Sentyabr ayı üzrə kənd təsərrüfatı xaric məşğulluq göstəricisi açıqlanacaq.
İqtisadçıların proqnozuna görə, məşğulluğun 170 min artması, işsizlik nisbətinin isə 4.9%-də qalması gözlənilir.
Qeyd edək ki, Avqustda məşğulluq 151 min artmışdı, gözlənti isə 180 min idi.
Sentyabrda qeyri-kənd təsərrüfatı məşğulluğun proqnozdan yüksək çıxması Fed-in il sonunda faiz artırması ehtimalını daha da gücləndirəcək.
Sonuncu dəfə Fed sədri Janet Yellen ABŞ-da məşğulluğun güclü sürətdə artırmaqda davam edəcəyini bildirmişdi. O, məşğulluqdakı son orta artım sürətinin artıq olduğunu və iqtisadiyyatda həddindən artıq isinməyə yol aça biləcəyini qeyd etmişdi.
Yellen iqtisadiyyatın mövcud vəziyyətinin faizin mərhələli şəkildə artırmağa imkan verdiyini və faiz artırımının sabit bir vaxt cədvəlinin olmadığını söyləyib.
Yellen, "İqtisadiyyatın həddən artıq isinməsinə imkan versək, faizi istədiyimizdən daha sürətli artırmaq məcburiyyətində qala bilərik" deyib.
Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) üzvlərinin çoxu bu il bir dəfə faiz artırımı gözlədiklərini deyiblər. İqtisadçılar faizin Dekabr ayında artırılacağını gözləyir, çünki Noyabr ayındakı toplantı ABŞ-da Prezident seçkilərinə bir həftə qalmış keçiriləcək və bu toplantıdan sonra mətbuat konfransının keçirilməsi nəzərdə tutulmur.
Fed faiz artırmağa yaxınlaşdıqca dollar bahalaşır.