5 oktyabr 2016-ci il tarixində NIKOIL Bank-ın Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.
Bankın mətbuat xidmətindən Unikal.org-a daxil olan xəbərə görə, iclasda İsgəndər Xəlilov öz xahişi ilə Müşahidə Şurasının sədri vəzifəsindən azad olunub.
Səhmdarlar Kulişova Marina Valeryevnanın Müşahidə Şurasının Sədri təyin ediməsi barədə qərar qəbul edib. O, Bankın transformasiyası mərhələsində onun daha keyfiyyətli inkişaf səviyyəsinə qaldırılması prosesinə rəhbərlik edəcək.
Eyni zamanda Romanovskiy İvan Vladimiroviçin Müşahidə Şurasının üzvü təyin edilməsi barədə qərar qəbul edilib.
Müşahidə Şurasının tərkibindən çıxmasına baxmayaraq, İsgəndər Xəlilov NIKOIL Bank-ın səhmdarlarından biri olaraq qalır.
Beləliklə Müşahidə Şurasının tərkibi aşağıdakı qaydada təsdiq edilib:
Müşahidə Şurasının sədri:
Kulişova Marina Valeryevna
Müşahidə Şurasının üzvləri:
Romanovskiy İvan Vladimiroviç
Sazonov Aleksey Valeryeviç
Suxoruçkin Pavel Aleksandroviç
Novikov Roman Vitalyeviç
Bankın səhmdarları, Müşahidə Şurası və menecmenti NIKOIL Bankın tərəqqisi və inkişafına verdiyi töhfəsinə görə Xəlilov İsgəndər Ağasəlim oğluna minnətdarlığını bildiriblər.