Bakı şəhərində yük avtomobili elektrovozla toqquşub.

Unikal.org-un Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, ötən gün Qala dəmir yolu stansiyası ərazisindəki qorunmayan keçiddə Bakı şəhər sakini Əkbər Məmmədov idarə etdiyi "QAZel markalı avtomobili elektrovoza vurub. Nəticədə Ə.Məmmədov hadisə yerində ölüb, 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.