Amerika fond bazarında Dow Jones indeksi 1,09% - 18 128,66 bəndədək, S&P 500 1,24% - 2136,73 bəndədək, NASDAQ 1,54% - 5246,79 bəndədək azalıb.
Unikal.org APA-ya istinadən bildirir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,38% - 7 070,88 bəndədək, Almaniya DAX-ı 0,44% - 10 577,16 bəndədək, Fransa CAC-40-ı 0,57% - 4 471,74 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 2 dollar bahalaşaraq 1257,90 dollar, gümüş isə 0,09 dollar bahalaşaraq 17,60 dollara satılıb.