ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) üzvləri 20-21 sentyabr tarixlərində keçirilən iclasda belə qərara gəlib ki, ölkədəki şərait uçot dərəcəsinin artırılması üçün münbit sayılır, hətta bəzi üzvlər bu addımın həmin iclasda atılmasının zəruriliyini bildirib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə ötən gün açıqlanan iclasın protokolunda qeyd edilib.
Son iclasda tənzimləyici uçot dərəcəsini 0,25-0,5% səviyyəsində saxlayıb. FED uçot dərəcəsini ilin sonunadək qaldıracağına dəfələrlə işarə edib. Tənzimləyicinin növbəti növbəti iclası noyabr ayının 1-2-də olacaq.
Ötən gün açıqlanan protokolda isə vurğulanır ki, görüş iştirakçılarının əksəriyyəti əmək bazarında vəziyyətin pisləşməsi və iqtisadi aktivliyin güclənməsi fonunda uçot dərəcəsinin tez bir zamanda artırılacağını arzu edir.
İclas iştirakçılarının çoxu ABŞ iqtisadiyyatı üçün xarici risklərin azaldığını bildirib.