"Sənaye məhsulunun istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 78 faiz artaraq 543,9 milyon manat olub. Hesabat dövründə ümumdaxili məhsul istehsalı xidmətlərin həcmi 837,3 milyon manat təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 258,2 milyon manat və 44,6 faiz çox məhsul istehsal olunub."
Unikal.org xəbər verir ki,bu fikirlər Sumqayıtda Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn məsələlər və qarşıda duran vəzifələrin müzakirəsi zamanı səslənib. Qeyd olunub ki, umumdaxili məhsulun istehsalında qeyri-dövlət sektorunun payı 80 faizi ötüb. İlin əvvəlindən şəhər üzrə bütün maliyyə mənbələri hesabına ayrı ayrı sahələrin inkişafına 600 milyon manat vəsait yönəldilib. Həyata keçirilən tədbirlər nəticəsində 6132 yeni iş yerləri açılıb.Ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çox olub.