"Azərbaycanda manatın məzənnəsinin dəyişməsi ilə bağlı dərman idxalçılarının Nazirlər Kabinetinə müraciəti artıq müsbət həllini tapıb".
Unikal.org apa-ya istinadən xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.
Ə. Əhmədov bildirib ki, manatın məzənnəsində müəyyən dəyişiklərlə əlaqədar olaraq problemlər yaranıb.
Vaxtında bu məsələnin həll edildiyini deyən baş nazirin müavininin sözlərinə görə, məzənnədə baş verən dəyişikliklər nəzərə alınmadan, müəyyənləşdirilmiş məzənnə əsasında dərman idxal edən şirkətlər üçün müvafiq dövlət və maliyyə qurumları tərəfindən valyuta ayrılıb ki, onlar sərbəst şəkildə, hər hansı bir çətinlik, maliyyə sıxıntısı hiss etmədən dərmanları Azərbaycana gətirsinlər: "Bu, həll olunmuş məsələdir və artıq mexanizm formalaşıb. Arzu edirik ki, bundan sonra manatın məzənnəsində ciddi dəyişikliklər baş verməsin. Baş versə belə, dərman idxalçıları üçün ciddi problem yaranmayacaq. Bu mexanizm artıq formalaşıb.