İlin sonunadək Bakıda ixtisaslaşdırılmış 3 böyük "yaşıl market" açılacaq.
Unikal.org AzərTac-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.
"Bazara çıxış imkanlarının artırılması üçün digər vasitələrdən də istifadə olunur. Fermerlər üçün yarmarkaların təşkili həyata keçirilir. Bu istiqamətdə müvafiq addımlar atılıb. Eyni zamanda, ayrı-ayrı bölgələrdə "fermer evləri" açılır. İsmayıllı və Şəmkirdə artıq belə evlər mövcuddur", - deyə nazir müavini vurğulayıb.
S.Talıbov, həmçinin bildirib ki, nazirlik bölgələrdə də kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkil olunması üçün xüsusi layihə hazırlayaraq hökumətə təqdim edib.