Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Unikal.org-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 14-ü ilə müqayisədə 0,01% ucuzlaşaraq 1,5969 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,4% zəifləyərək 1,7543 manat olub.

Qeyd edək ki, həftəsonu azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,5970 manat olub.