Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında yeni fərman verib.
1. 1.4-cü bənddə "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi sözləri "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası sözləri ilə əvəz edilib.
2. 1.5-ci bəndə "Mərkəzi Bankı sözlərindən sonra "və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası sözləri əlavə edilib.
3. 2-ci hissənin birinci cümləsində "dövlət orqanının sözləri "yoxlayıcı orqanın sözləri ilə əvəz edilib.