Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange) birjasında "Layt markalı neftin bir barrelinin qiyməti 0,35 dollar bahalaşaraq 50,29 dollar, Londonun ICE ("InterContinental Exchange Futures) birjasında "Brent markalı neftin bir barrelinin qiyməti 0,16 dollar artaraq 51,68 dollar olub.
Unikal.org xəbər verir ki, "AzəriLayt markalı neftin bir barrelinin qiyməti isə 0,10 dollar bahalaşaraq 52,16 dollar təşkil edib.