Maliyyə Bazarlarına Nəzarət Palatası dollar kreditləri ilə bağlı banklara göstəriş verib.

Unikal.org-a daxil olan özəl məlumata görə, Palatanın göstərişi əsasında banklar vətəndaşların dollar kreditlərini günün kursuna uyğun olaraq manata çevirəcəklər. Artıq, bir neçə bank bu prosesə start verib.

Qeyd edək ki, iki dəfə baş vermiş devalvasiya nəticəsində ölkədə dollarla götürülmüş kreditlərin ödənilməsində ciddi problemlər yaranıb.