Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şair Mahir Mehdi barəsində cinayət işi başlanıb.

Unikal.org xəbər verir ki, bu barədə report-a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

M.Mehdiyə qarşı Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi ilə ittiham irəli sürülüb.

O, sabah - martın 1-də məhkəmə qarşısına çıxarılacaq. Yevlax Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi ehtimal edilir.

Qeyd edək ki, M.Mehdi fevralın 24-də Yevlax Dəmiryol Stansiyasında saxlanılıb.