ABŞ-ın Çikaqo şəhərinin hava limanında "American Airlines şirkətinə məxsus təyyarədə yanğın olub.

Unikal.org-un məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib.

Mayami şəhərinə uçan təyyarənin göyərtəsində 161 sərnişin və 10 ekipaj üzvü olub. İnsident nəticəsində zərərçəkən olmayıb. Sərnişinlər operativ şəkildə təxliyə edilib.

İlkin versiyaya əsasən, yanğın texniki nasazlıq səbəbindən baş verib.