Portuqaliya Sequndasında XIV turun oyunları çərçivəsində milli komandamızın üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sporting" B doğma azarkeşləri önündə "Santa Clara"nı qəbul edib. Qarşılaşma Lissabon təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Unikal.org Goal.az-a istinadən xəbər verir ki, görüşə start heyətdə başlayan Budaq Nəsirov matçın 58-ci dəqiqəsində məcburi əvəzlənib. Top uğrunda mübarizə zamanı rəqib futbolçu ilə toqquşan Nəsirov huşunu itirib.

Futbolçumuz dərhal xəstəxanaya çatdırılıb. Hazırda Budaqın vəziyyəti yaxşıdır.