İngiltərə millisinin heyətində dəyişiklik edilib.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, baş məşqçi zədə səbəbindən Freyzer Foster və Daniel Drinkuoteri millinin düşərgəsindən ayırıb. Onları müvafiq olaraq Cordan Pikford və Aaron Kressvell əvəzləyəcəklər. "Vest Hem Yunayted"in müdafiəçisi Kressvell ilk dəfədir milliyə dəvət alır.

Qeyd edək ki, İngiltərə noyabrın 11-də Şotlandiya, 15-də İspaniya ilə qarşılaşacaq.