DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Albaniya - İsrail oyununun yeri dəyişdirilib.
Unikal.org qol.az-a istinadən xəbər verir ki, buna terror təhlükəsi səbəb olub.
Qarşılaşma noyabrın 12-də Şkoder şəhərində oynanılmalıydı. Dəyişiklikdən sonra sözügedən matç Elbasanedəki "Ruici Bijuta" stadiona keçirilib.
Albaniya kəşfiyyatı Mossaddan olan həmkarlarının məlumatına əsasən, artıq Şkoder şəhərində 4 nəfəri həbs edib. Adı açıqlanmayan şəxslər oyun zamanı stadionda partlayış törətməyi planlaşdırıblar.