Almaniya futbol yığmasının türk ulduzu Mesut Özil İstanbulda gecə əyləncəsinə çıxıb.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, dostları ilə hər gecə bar və diskotekalara gedən futbolçu dünən 9 oğlan və 2 qız dostu ilə görünüb. "Arsenal" klubunun üzvü olan Mesut içkili halı ilə diqqət çəkib. Pilləkənləri qalxa bilməyən Özilə dostları kömək edib. Onu çətinliklə avtomobilinə mindiriblər. Futbolçunun dostları jurnalistlərə "Pis bir şey yazmayın, onsuz da klubu ilə münasibətləri pisdir" deyiblər.

Ulduz futbolçu içkili halda diskotekada - fotolar