Futbol üzrə Azərbaycan milli komandasının Şimali İrlandiya yığması ilə keçirəcəyi 2018-ci il Dünya çempionatının seçmə qrup matçı üçün heyəti açıqlanıb.

Unikal.org report-a istinadən xəbər  verir ki, bu barədə millimizin baş məşqçisi Robert Prosineçki keçirdiyi mətbuat konfransında bildirib.

O, ilk dəqiqələrdən Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Emin Mahmudov, Ramil Şeydayev, Əfran İsmayılov və Ruslan Qurbanovun meydana çıxacağını bildirib.