Futbol üzrə Azərbaycan milli komandası Şimali İrlandiya yığması ilə 2018-ci il Dünya çempionatının seçmə qrup matçından sonra hələ də Belfast şəhərindədir.
Unikal.org report-a istinadən xəbər verir ki, səbəb yerli vaxtla saat 01:00-da uçuşa başlaması gözlənilən "Boeing 787 Dreamliner" təyyarəsində texniki nasazlığın üzə çıxmasıdır.
Təyyarədəki problemin nə zaman aradan qaldırılacağı bilinmir. Bu, tezliklə baş verməsə, Bakıdan yeni təyyarənin Belfasta göndərilməsi də mümkündür. Hələlik futbolçular və nümayəndə heyətinin üzvləri, o cümlədən, jurnalistlər Belfast Hava Limanındadırlar.
Qeyd edək ki, "Sky Sports" ilk dəfə belə super təyyarənin Şimali İrlandiyaya endiyini və "Azərbaycan millisinin bu təyyarə ilə Şimali İrlandiyaya gəlməsi ölkənin maddi gücündən xəbər verir" - deyə yazmışdı.