Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövÂriyÂÂÂyəsinə və qaçaqmalçılığa qarşı fəaliyÂyətlərini uğurla davam etdirirlər.
19.11.2016-cı il tarixdə saat 17:30 radələrində qabaqlayıcı əməliyyat məluÂmaÂÂtına əsasən həyata keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonunun Əsədli kənd ərazisindəki sərhəd zastavaÂsının xidməti sahəsində AZ 10 TM 081 dövlət qeydiyyat nömrəli avtomobildə Göyçay rayon sakinləri Məmmədov Nurlan Sakit oğlu, Sultanov Kəyyam Abduləhəd oğlu, Bakı şəhər sakini Xəlilov Natiq Məmmədismayıl oğlu şübhəli şəxs qismində saxlanılıblar.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, avtomobilə baxış zamanı mühərrik hissəsində gizlədilmiş şəkildə bağlamaya bükülü vəziyyətdə narkotik maddə olan 200 qram tiryək və 20 qram heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.