Bu gün Lənkəranda günorta saatlarında yaşadıqları evdə meyitləri aşkarlanan ahıl ər-arvadın öldürüldüyü məlum olub.
Unikal.org-a apa-ya istinadən xəbərinə görə, bu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin yekun rəyində əksini tapıb.
Rəyə əsasən hər iki şəxsin bədənində və baş nahiyələrində xəsarətlər aşkarlanıb. Onların bu xəsarətlərdən öldüyü qənaətinə gəlinib.