Moskva Şəhər Məhkəməsi Azərbaycan Respublikası vətəndaşları, Zaur Əliyev, Namiq Qənbərov, Anar Ysubov, Elnur Yusubov və Anar Nəsirova hökm oxuyub.
Rusiya Baş Prokurorluğunun məlumatına görə, onlar, adam oğurluğu, qarət, quldurluq, hədə-qorxu ilə pul tələb etmək və digər cinayətlərdə ittiham olunur.
Məhkəmədə sübuta yetirilib ki, 2013-cü ildə Zaur Əliyev Yusubov qardaşları, habelə Qənbərov və Nəsirovdan ibarət dəstə yaradaraq onları silahlandırıb. Dəstənin ixtiyarında 5 pistolet və bir "Kalaşnikov avtomatı olub.
Onlar qısa müddət ərzində Moskvada və ətraf regionlarda yaşayan imkanlı azərbaycanlılara hədə-qorxu gələrək onlardan pul tələb ediblər. Azərbaycanlı sahibkarların əksəriyyəti özlərini qorumaq üçün onlara pul verməyə məcbur olub. İki azərbaycanlı sahibkar isə pul vermədiklərinə görə, vəhşicəsinə döyülüb.
29 yanvar 2015-ci ildə dəstə üzvləri hədə-qorxu yoluyla azərbaycanlı sahibkarlardan birinin "Mersedes markalı avtomobilini onun əlindən alıblar. Həmin avtomobil dəstə üzvü Qənbərovun yaxınlarından birinin adına keçirilib.
Bundan sonra onlar daha iki azərbaycanlı sahibkarı qaçırıblar. Sahibkarlar Yeni Moskva massivinə gətirilib. Onlara işgəncə verilib. Hər bir sahibkardan 9 milyon rubla yaxın (o vaxtkı kursla təxminən 300 min dollar) pul alındıqdan sonra onları buraxıblar.
Polis onların izinə ötən ilin noyabrında düşüb və dəstə üzvlərini zərərsizləşdirə bilib.
Əldə etdiyimiz məlumata görə, "Zayka ləqəbli Zaur Əliyev mərhum Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilib. Zaurun Moskvada incitdiyi iş adamların əksəriyyəti isə "Lotu Quliyə yaxın şəxslər olub. Onlardan biri "Qulinin adını çəkərək Zauru hədələyib də. Amma "Zayka "Qulini ağır sözlərlə təhqir də edibmiş. Zaur "Matrosskaya tişina həbsxanasına atılandan sonra isə "Qulinin tərəfdarları elə oradaca Zaura işgəncə verərək qanuni oğrudan üzr istəməyə nail olmuşdular.