Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.
Unikal.org xəbər verir ki, Qaradağ Rayon Prokurorluğundan apa-ya verilən məlumata görə, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Gülnarə Rzayeva yaşadığı evin hamam otağında yıxılıb. Nəticədə o, baş nahiyəsindən aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.