Azərbaycanda da maraqla izlənən Türkiyənin məşhur "Kurtlar Vadisi Pusu" serialının baş qəhrəmanı Polad Alemdar (Necati Şaşmaz) ikinci dəfə Ümrə ziyarətinə gedib.
Unikal.org məlumatın görə, Şaşmaz ziyarət zamanı çəkilən fotolarını sosial şəbəkədə sevənləri ilə bölüşüb.
Bir neçə il bundan əvvəl ümrə ziyarətində olan aktyor hələ o zaman jurnalistlərə açıqlamasında yenidən müqəddəs ziyarəti gerçəkləşdirmək istədiyini deyirdi. "İn şaa Allah, qismət olsa, yenə gedərəm". Görünür, aktyorun duası tez bir zamanda qəbul olub.
"Kurtlar Vadisi" serialı Türkiyədə 2005-ci ildən yayımlanır və dünyanın bir çox ölkələrində minlərlə izləyiciyə sahibdir.