Türkiyənin güc strukturları terror aktının təşkilində şübhəli bilinən 18 yaşlı rusiyalı qadını axtarır.
Bu barədə Unikal.org Trendə istinadən məlumat verir.
Dağıstandan olan Kristina Tixonova İstanbula fevralın 18-də Moskvadan gəlib. Güc strukturları qadını İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilir.
Məlumata əsasən, Türkiyəyə gəldikdən sonra K.Tixonova dostlarına özünü partlatmaq niyyətində olduğunu bildirib.