Şirvan şəhərində yerli sakinlər zibilliyə atılmış yeddi aylıq oğlan uşağının meyitini aşkarlayıblar.
Unikal.org-un məlumatına görə, Şirvan şəhərində yerləşən məişət tullantıları poliqonundan yerli sakinlər tərəfindən yeni doğulmuş uşaq meyitinin tapılması barədə Şirvan polis şöbəsinə məlumat verilib. Körpənin meyiti Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə təhvil verilib. Mərkəzdə meyitin müayinəsi zamanı onun 7 aylıq hamiləlikdən sonra ölü doğulduğu barədə ilkin rəy verilib. Uşağın meyitinin kim tərəfindən atıldığı məlum deyil.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.